“QAZ 31” qəza törətdi, sürücü yaralandı
Qəzalar
28 Yanvar 2016 08:32

Onun vəziyyətinin orta ağır olduğu bildirilir
Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Hadisə rayonun Kiraz qəsəbəsinə gedən yolda baş verib. Rayonun Qaryağdı kənd sakini, 1986-cı il təvəllüdlü Həsən Rzayev idarə etdiyi “QAZ 31” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı H. Rzayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
APA
Oxunub : 1796
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
ŞƏRH YAZ












