Qazaxda avtomobil teplovozla toqquşub
Qəzalar
29 Sentyabr 2016 22:34

"VAZ-21099"un sürücüsü dəmir yolu keçidini gözləmədən keçib
Qazaxda avtomobil teplovozla toqquşub, xəsarət alanlar var. Avtosfer.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Çaylı kəndinə gedən yolda qeydə alınıb. Hərəkətdə olan "VAZ-21099" markalı avtomobilin sürücüsü dəmir yolu keçidini gözləmədən keçərkən hərəkətdə olan teplovozla toqquşub. Qəza zamanı avtomobildə olan iki nəfər: Qazax rayon Birinci Şıxlı kənd sakini 1984-cü il təvəllüdlü Babək Yusifov və rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Eltay Məsməliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. B.Yusifovun vəziyyəti normal, E.Məsməliyevin isə vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub : 1453
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
ŞƏRH YAZ












