Qazaxda iki maşın toqquşdu, 3 nəfər yaralandı - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “VAZ-2107” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***22:45
Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Çaylı-Xanlıqlar yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı maşın digər avtomobillə toqquşub.
Qəza zamanı 1993-cü il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü S.Sabirzadə və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO
Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var - FOTO
Xankəndidə “Lada” ilə motosiklet toqquşdu - Tələbə xəsarət aldı - FOTO
"Mercedes" avtobusla toqquşdu: Yaralananlar var - FOTO










