Banner

Qazaxda sürücü yük maşınını kanala aşırmaqdan son anda xilas oldu - VİDEO

Qəzalar 28 Dekabr 2024 11:30 Oxunub 666
Qazaxda sürücü yük maşınını kanala aşırmaqdan  son anda xilas oldu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 27-də səhər saatlarında Şıxlı kəndində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşına məxsus “Mercedes” markalı yük maşını hərəkətdə olarkən qəzaya uğrayıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. Nəticədə idarəetməni itirən sürücü yük maşınını yol kənarına sürüb. Xoşbəxtlikdən nəqliyyat vasitəsi kanala aşmayıb. Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınına maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh