Banner

Qazaxda yoldan çıxan "BMW" divara çırpıldı; dörd gənc öldü - DİN-dən AÇIQLAMA

Qəzalar 5 İyun 2025 10:00 Oxunub 1910
Qazaxda yoldan çıxan "BMW" divara çırpıldı; dörd gənc öldü - DİN-dən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyun ayının 5-də saat 03 radələrində Qazax rayonu, Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, ilkin araşdırmalara əsasən, “BMW” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh