Qazaxdakı dəhşətli qəza: ÖLƏN VAR - YENİLƏNİB

Qazax rayonunda ölümlə nəticələnən ağır avtoqəzada yaralananların vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (bir kişi, bir qadın) avqustun 23-də saat 10 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə zəruri tibbi xidmət göstərilib. Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunan bir nəfərin (kişi) müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
Vəziyyəti ağır qiymətləndirilən digər şəxsin isə (qadın) reanimasiya tədbirlərinə baxmayaraq, saat 10:35-də bioloji ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır./oxu.az
***10:24
Qazax rayonunda ağır qəzada ölən və yaralananların adları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qazax rayonu Qazax-Cəfərli avtomobil yolunun Xanlıqlar kəndi ərazisindən keçən hissəsində baş verib.
1997-ci il təvəllüdlü Şadət Məhəmməd oğlu Mustafayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən 1968-ci il təvəllüdlü Məqsəd Oruc oğlu İbrahimovun idarə etdiyi "Opel" markalı 35-BO-470 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü Məqsəd İbrahimov və həmin avtomobildə sərnişin qismində olan 1955-ci il təvəllüdlü Fəxrəddin Mustafa oğlu Mustafayev hadisə yerində, 1958-ci il təvəllüdlü Sakibə Camal qızı Mustafayeva isə Qazax Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüblər, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü Şadət Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax RMX-yə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












