"QAZel" qəzaya düşdü: iki nəfər yaralanıb - Xaçmazda

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə zamanı Samux rayonunun Bağmanlar kənd sakini 1994-cü il təvəllüdlü Xanlarov Qalib İskəndər oğlu və Kürdəmir rayonunun Yenikənd kənd sakini 1989-cü il təvəllüdlü Eminov Eyyub Zəkəriyyə oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər. Yaralanan şəxslər hadisə zamanı "QAZel" markalı yük avtomobilində olub. Onların sözlərinə görə, Nərəcan yolunda "QAZel" qarşıdan gələn "Prado" arkalı avtomobillə toqquşmamaq üçün yoldan çıxıb. Bu zaman "QAZel"in təkərinin partlaması səbəbindən qəzaya uğrayıblar.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












