"Qazel" və "07" toqquşdu: 1 azyaşlı omaqla, 4 yaralı - Ağdaşda

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Ağdaş-Qəbələ avtomobil yolunda, Türyançay körpüsü yaxınlığında baş verib. Hadisə zamanı “Qazel” markalı yük maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ 2107”də olan sürücü və 3 sərnişin ağır bədən xəsarətləri alıb. Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəza zamanı yaralanan sürücü, 1994-cü il təvəllüdlü Yevlax rayon Quşçu kənd sakini Bəşirli Bəhruz Rafiq oğlu reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar 1993-cü il təvəllüdlü Qəbələ sakini Şükürov Tural Sahib oğlu, 2013-cü il təvəllüdlü Qəbələ rayonu Savalan kənd sakini Məhərrəmov Yusif Tarzan oğlu və 1991-ci il təvəllüdlü Məhərrəmova Güldanə Sahib qızıdır.
Xəstəxanadan verilən məlumata görə, yaralılardan azyaşlının vəziyyəti daha ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












