Qəbələdə "06" iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin iki piyadanı vurması nəticəsində onlardan biri hadisə yerində dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə piyadalardan biri aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Digər şəxs isə Təcili Tibbi Yardım briqadasının köməyi ilə dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəsarət alan şəxsin vəziyyətini orta-ağır qiymətləndirirlər, xəstəxanada müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
***
Qəbələdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Gecə saatlarında baş verən qəza zamanı avtomobilin iki piyadanı vurması nəticəsində onlardan biri hadisə yerində dünyasını dəyişib. Hadisə dünən saat 22:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Rabil Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən piyadanı — 16 yaşlı Yusif Əhmədlini vurub. Ağır bədən xəsarətləri alan yeniyetmə hadisə yerindəcə keçinib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan digər piyada isə dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır (Bizim.Media).



Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO












