Qəbələdə ağır qəza: 2 ölü, 8 yaralı - VİDEO

Qəbələdə iki minik avtomobilinin toqquşması nəticəsində 2 gənc ölüb. Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gecə saat 1 radələrində Oğuz-Qəbələ yolunda baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri Qəbələnin Mixliqovaq kənd sakini, 25 yaşlı Sirus İsmayilov və sərnişini 23 yaşlı Rufan Səmədov hadisə yerində ölüb. Digər sürücü, Bakı sakini 57 yaşlı Məcid Xəlilov, sərnişinlər- 58 yaşlı İradə Xəlilova, 30 yaşlı Orxan Qasımov, 27 yaşlı Elşən Əhmədov, 40 yaşlı Tərlan Alıcanov, 36 yaşlı Rüstəm Mahmudov, 20 yaşlı Hacı Hacıyev və Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












