Qəbələdə avtomobillərin toqquşması nəticəsində xəsarət alan sürücülərin SON VƏZİYYƏTİ AÇIQLANDI

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.
"Dekabrın 25-i saat 13:00-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1956-cı il və 1969-cu il təvəllüdlü şəxslərə bel fəqərələrinin sınığı, baş, əl və diz nahiyələrinin açıq yaraları, döş qəfəsinin travması diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 1956-cı il təvəllüdlü pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Qəbələdə iki minik avtomobili toqquşub, nəticədə hər iki maşında olan sürücülər xəsarət alıblar.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












