Qəbələdə dəhşətli qəza - 24 yaşlı sürücü öldü - VİDEO

Qəbələdə bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə gecə saat 1:30 radələrində Qəbələ-Oğuz avtomobil yolunda, Nic qəsəbəsi ərazisində qeydə alınıb. 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun idarə etdiyi 99-EK-352 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 24 yaşlı sürücü İntiqam Qaracayev aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış İntiqam Qaracayevin meyitini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.Qəza zamanı avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Abbasova Esmira Əsədəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ













