Qəbələdə əcnəbi turistlər qəzaya düşüb, yaralılar var - FOTO

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb. İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub. Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
***
Qəbələdə baş vermiş yol qəzası zamanı xəsarət alanların kimliyi müəyyənləşib. Məlumata görə, hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları – 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham – müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












