Qəbələdə “Opel” və “VAZ” toqquşdu - VİDEO
Qəzalar
23 Oktyabr 2025 15:30
Oxunub 720

Qəbələ rayonu, Vəndam kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 21-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-OE-643 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil, 36-BE-243 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
ŞƏRH YAZ














