Qəfil yola çıxan at qəzaya səbəb oldu, 3 yaralı - VİDEO-FOTO

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində ikisi ağır olmaqla üç nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, APA-nın məlumatına görə, sentyabrın 8-də saat 22:45 radələrində rayonun Aşağı Tala kəndinin mərkəzi avtomobil yolunda kənd sakini, 1992-ci il təvəllüdlü Həbibullah Sərdar oğlu Həmzəyev idarə etdiyi “VAZ 2106” markalı 62 BE 102 dövlət nömrə nişanlı avtomobillə qarşısına çıxan atı vurub. Hadisə nəticəsində avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı tut ağaclarına çırpılıb.
Nəticədə sürücü, avtomobildə olan sərnişinlər rayonun Aşağı Tala kənd sakini, 1990-cı il təvəllüdlü Mühüddin Nurəddin oğlu Tahirov və Zaqatala şəhər sakini, 1991-ci il təvəllüdlü Leyla Nadir qızı Ömərova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıblar. MRX-dan APA-ya bildirilib ki, Mühüddin Tahirov və Leyla Ömərovanın vəziyyətləri ağır olduğundan onlar reanimasiya şöbəsinə, Həbibullah Həmzəyev isə travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB













