Qəza ölkə əhəmiyyətli yolun bağlanması üçün əsasdırmı? - FOTO - VİDEO

Qəzalar 16 Oktyabr 2024 17:54 Oxunub 332
Qəza ölkə əhəmiyyətli yolun bağlanması üçün əsasdırmı? - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu videonu saat 11.00 radələrində çəkilib. 
Bakı Dairəvi yolundan şəhərə girişdə sıxlıq adətən saat 16-dan sonra, 2 böyük ticarət mərkəzinin işi dayandıqdan sonra baş verir. Səhər saatlarında sıxlıq olsa belə, kilometrlik tıxaclara nadir hallarda rast gəlinir.
Bu səhərki tıxac isə heybət Stansiyasından başlayıb Lukoyl yanacaqdoldurma məntəqəsinədək davam edirdi. “Lukoyl”dan sonra isə yol boş idi. Səbəbə gəlincə:

“Mercedes Vito ilə “Toyoya Land Cruiser”in toqquşması nəticəsində hər 2 maşına ciddi zərər dəyib. 2 maşının zədəsi azdır. Qəza hardasa başadüşüləndir. Amma dərd burasıdır ki, qəzada iştirak edən maşınlardan biri sürət limiti 110 km/saat olan yolun solunda, digər üçü isə sağda dayanıb və ortada bir avtomobilin güclə keçəcəyi yer qalıb. Nəzərə alaq ki, qəza şəhərin Cənub girişinin demək olar ki bağlanmasına səbəb olub. Lökbatan dairəsi istiqamətindən də kilometrlik tıxac vardı. 

Maraqlıdır ki, qəza yerində nə sığorta, nə polis, nə də təcili yardım maşınları gözə dəyirdi. 

Əslində belə hallara çox rast gəlirik. Hansısa xırda qəzada sürücülər yolun hərəkət hissəsini bağlayaq haqq-hesab çürütməyə başlayır, ya da sığorta və polisin gəlməyini gözləyirlər. bir küçədə hərəkətin dayanması bütöv bir ərazinin iflic olmasına gətirib çıxarır. Lakin bu dəfə söhbət hansısa küçədən deyil, Bakının 2 girişindən birinin bağlanmasından gedir. Belə bir halda fövqəladə hal baş verərsə nəticə nə olacaq?

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh