Banner

Qəza törədən “Chevrolet” dəmir məhəccərləri yerindən qopardı - VİDEO

Qəzalar 24 İyul 2023 21:00 Oxunub 944
Qəza törədən “Chevrolet”  dəmir məhəccərləri yerindən qopardı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sürəti aşan sürücü qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, qəza dünən axşam saatlarında Gəncədə qeydə alınıb. Görüntüdən məlum olduğu kimi, “Chevrolet Cruze” markalı avtomobil maneəni dağıdaraq yol kənarındakı səkiyə çıxıb. Hadisə şahidlərinin iddiasına görə, qəzanın baş verməsinə səbəb yüksək sürətlə avtomobilin idarə edilməsi olub. Belə ki, sürəti sıxan sürücü anidən idarəetməni itirib və yoldan çıxıb. Nəticədə dəmir məhəccərlərə dəyərək onları dibindən çıxaran avtomobil müəyyən dərəcədə zədələnib. Sürücü xəsarət almayıb.
Qeyd edək ki, hadisəylə bağlı qəza bölgəsinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh