Banner

Qəza törədən dələduz sürücü ifşalandı - VİDEO

Qəzalar 31 İyul 2023 21:45 Oxunub 818
Qəza törədən dələduz sürücü ifşalandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəza törədən sürücü vurduğu ziyanı ödəməkdən boyun qaçıraraq dələduzluğa əl atıb.

Avtosfer.az xəbər verir ki, hadisə 16 iyul tarixində Sumqayıt “Qayalı” marketin qarşısında qeydə alınıb. Şikayətçinin sözlərinə görə, 90-LL-828 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qoşa xəttə məhəl qoymayaraq piyada xətti üzərindən ötmə edib və onun maşınının sol qanadını zədələyib.

Səbəb olduğu qəzanın xərcini qarşılamaq məqsədilə zərərçəkmişə əlaqə nömrəsi verən sürücü tələsdiyini söyləyərək hadisə yerini tərk edib. Lakin bir müddət sonra verilən nömrəylə əlaqə saxlayan zərərçəkmiş onun qəza səbəbkarına aid olmadığını öyrənib.

Son anda hadisənin görüntüsünü sosial şəbəkələrdə paylaşan şəxs başına gəlmiş olayla bağlı aidiyyəti qurumlardan yardım istəyib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh