Qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb
Qəzalar
23 İyul 2017 00:54
Oxunub 1016
Binada dağıntı baş verib və iki nəfər yaralanıb
Ələt-Astara yolunda nəqliyyat qəzası verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində yaşanıb. "Mercedes" markalı iki avtomobil toqquşub. Həmin avtomobillərdən biri yanacaqdoldurma məntəqəsinin binasına çırpıb. Binada dağıntı baş verib. Hadisə nəticəsində iki nəfər ağır yaralanıb. Onlar 30 yaşlı İbrahim Həsənov və 28 yaşlı Ənvər Əkbərovdur.
ŞƏRH YAZ