Qəza törədən sürücü dayanmadan yoluna davam etdi - VİDEO
Qəzalar
17 Avqust 2023 22:30
Oxunub 2378

Eyni anda bir neçə qayda pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirəyə səbəb olan qəza Rusiyada qeydə alınıb. Belə ki, avtomobili olduqca yüksək sürətlə idarə edən sürücü işıqfora məhəl qoymayıb və bu zaman sağ tərəfdən qarşıya keçən avtomobillə toqquşub. Nəticədə o, avtomobili vuraraq dayanmadan yoluna davam edib. Qəzaya saldığı avtomobilin ön hissəsi yararsız vəziyyətə düşsə də, sürücü xəsarət almayıb.
Qeyd edək ki, müşahidə kameralarından tapılaraq məsuliyyətə cəlb olunan sürücü tələsdiyi üçün avtomobili yüksək sürətlə idarə etdiyini bildirib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













