Qəza törədərək köşkə çırpılan “Yango” taksi bloklandı - AÇIQLAMA - VİDEO

"Yaranmış vəziyyətlə bağlı hər birinizin narahatlığını tam anlayır və paylaşırıq. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar bizi dərin şəkildə narahat edir və bu məsələyə biganə qala bilmərik. Hazırda biz bu məsələ ilə bağlı daxili araşdırma aparırıq. Məlumatda adı keçən sürücü və onun idarə etdiyi avtomobil bloklanıb və yeni sifarişləri yerinə yetirə bilməyəcək. Bu qərar, həm sərnişinlərin təhlükəsizliyini təmin etmək, həm də məsələni obyektiv şəkildə araşdırmaq məqsədi daşıyır. Eyni zamanda, qeyd etmək istəyirik ki, hüquq-mühafizə orqanlarından rəsmi sorğu daxil olduğu təqdirdə, əməkdaşlıq etməyə tam hazırıq və məsələnin qanuni şəkildə araşdırılmasına dəstək verəcəyik. Hörmətlə, Yango".
***
Bakının Səbail rayonunda minik avtomobilinin iştirakı ilə yol qəzası olub. Avtosfer.az xəbər verir ki, rayonun Bayıl qəsəbəsində baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Belə ki, “Yango” taksi şirkətinə məxsus 77-YH-761 dövlət qeydiyyat nişanlı “Chevrolet Cobalt” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı köşkə çırpılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, hadisə zamanı taksidə sərnişin olmayıb. Sürücü yüngül xəsarət alıb. Avtomobilə və köşkə ziyan dəyib.
Sözügedən qəzanın videosunu təqdim edirik:
Namiq Musayev
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












