Qəza törədərək “Prius”u səkiyə dırmaşdırdı - VİDEO
Qəzalar
27 İyul 2023 18:20
Oxunub 1480

İdarəetməni itirən sürücü qəza törədib.
Avtosfer.az xəbər verir ki, qəza hadisəsi paytaxtın Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, 77-DB-136 qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil qəza edərək yol kənarındakı səkiyə çıxıb. Hadisənin baş verməsinə səbəb yüksək sürət olduğu iddia olunur. Qəza nəticəsində avtomobil müəyyən dərəcədə zədələnib, sürücü isə xəsarət almayıb.
Qeyd edək ki, baş vermiş yol-nəqliyyat hadisəsi piyada və avtomobillərin hərəkətinə maneə yaradıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













