!["Mühafizəçi namus və şərəfimi təhqir etdi"- Ağadadaş Ağayevdən AÇIQLAMA - VİDEO](/upload/news/small/147908.jpg)
Qəza törədib hadisə yerindən qaçan sürücü kameraya düşdü - ŞİKAYƏT - VİDEO
Qəzalar
29 İyul 2024 15:05
Oxunub 320
![Qəza törədib hadisə yerindən qaçan sürücü kameraya düşdü - ŞİKAYƏT - VİDEO](/upload/news/2588927.jpg)
Bakıda qəza törədən sürücünün görüntüləri anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 23-də, paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsində (3 saylı Asan Kommunal Mərkəzinin yanında) baş verib.
Belə ki, 99–EL—076 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolun kənarında dayanan 90-TO-180 qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobili vurub, daha sonra isə hadisə yerini tərk edib.
Qəza nəticəsində "Hyundai" markalı avtomobilin qapısı və qanad hissəsi əzilib.
Zərəçəkmiş şəxs həmin sürücünün tapılıb məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin ödənilməsini xahiş edir.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR