Qəza törədib hadisə yerindən qaçan sürücü kameraya düşdü - ŞİKAYƏT - VİDEO

Qəzalar 29 İyul 2024 15:05 Oxunub 294
Qəza törədib hadisə yerindən qaçan sürücü kameraya düşdü - ŞİKAYƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qəza törədən sürücünün görüntüləri anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 23-də, paytaxtın Nizami rayonu, Tofiq Abbasov küçəsində (3 saylı Asan Kommunal Mərkəzinin yanında) baş verib.

Belə ki, 99–EL—076 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolun kənarında dayanan 90-TO-180 qeydiyyat nişanlı "Hyundai Elantra" markalı avtomobili vurub, daha sonra isə hadisə yerini tərk edib.

Qəza nəticəsində "Hyundai" markalı avtomobilin qapısı və qanad hissəsi əzilib.

Zərəçəkmiş şəxs həmin sürücünün tapılıb məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin ödənilməsini xahiş edir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh