Banner

Qəza törədib hadisə yerindən yayınan sürücü tapıldı və... - VİDEO

Qəzalar 9 Yanvar 2021 17:50 Oxunub 2310
Qəza törədib hadisə yerindən yayınan sürücü tapıldı və...  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda əks istiqamətə çıxaraq qəza törədib hadisə yerindən yayınan sürücü polis idarəsinə çağırıldı. Xəbər verdiyimiz kimi yanvarın 6-ı Bakı-Sumqayıt yolu ilə hərəkət edən 50-DT-682 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü əks istiqamətə çıxıb qarşıdan gələn avtomobili vuraraq hadisə yerindən yayınıb.

 

Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, hadisə yerindən yayınan 50-DT-682 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü idarəyə dəvət olunaraq barəsində qanunamüvafiq qaydada tədbir görülüb və qarşı tərəfə dəymiş maddi ziyanın əvəzi ödətdirilib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh