Qəza törətdi, 2 yaşlı oğlu ÖLDÜ - YENİLƏNİB

Qəzalar 1 Avqust 2024 10:16 Oxunub 130
Qəza törətdi, 2 yaşlı oğlu ÖLDÜ   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağsu rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, Kürdəmir rayon sakini Rəşad Mustafayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Növcü kəndində hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Bu zaman maşın qəzaya düşüb və sürücünün 2 yaşlı oğlu Mehrac ağır kəllə-beyin travması alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlı orada vəfat edib.

***

DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh