Qəza törətdi, dostları qoyub qaçdı - VİDEO - YENİLƏNİB

Qəzalar 27 İyul 2024 18:53 Oxunub 256
Qəza  törətdi, dostları qoyub qaçdı - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yeniyetmənin törətdiyi qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, hadisə paytaxtın Nizami rayonu, K.Balakişiyev və Ə.Əzimzadə küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı ilkin məlumata görə, xəsarət alan olmayıb. Qəzanı törədən 99-XO-329 dövlət nömrə nişanlı KIA markalı avtomobilin sürücüsü və maşında olan sərnişinlər qəzadan sonra həmin ünvandan yayınıblar. Hadisəni törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

***
Azərbaycanda yeniyetmə idarə etdiyi avtomobillə qəza törədib.

Avtosfer.az xəbər verir ki, idarəetməni itirən şəxs yolun səki hissəsinə çıxıb.

Bu zaman avtomobili görən piyadalar ətrafa qaçmağa başlayıblar.

Avtomobil işıq dirəyinə və bardürə çırpıldıqdan sonra dayanıb.

Qəzadan sonra nəqliyyat vasitəsindən düşən yeniyetmələr dərhal hadisə yerindən uzaqlaşıblar. 

Yayılan görüntülərdə avtomobildən 6 nəfərin düşdüyü görünür.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh