Qəza törətdi, dostunu ağır vəziyyətdə qoyub qaçdı

Dekabrın 2-si səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində 4 nəfərin ölümü və 1 gənc azərbaycanlının ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə "Mercedes" markalı avtomobilin İskrovski prospektində işıqforun qırmızı işığını gözləmədən hərəkət etməsi nəticəsində qeydə alınıb.
Bu zaman "Mercedes"in qarşısına "Şəhər elektrik nəqliyyatı" dövlət unitar müəssisəsinin əməkdaşlarını işə aparan "Sobol" markalı mikroavtobus çıxıb və minik avtomobili sürətlə ona çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və şirkətin biri qadın olmaqla 3 əməkdaşı hadisə yerində ölüb.
Qəzaya səbəb olan Aleksandr Brejnev azərbaycanlı dostu Emil Mirzəyevi maşında ağır yaralı vəziyyətdə qoyaraq ərazidən uzaqlaşıb. Qəza zamanı xəsarət alan 25 yaşlı azərbaycanlı xəstəxanaya yerləşdirilib.
Hazırda 25 yaşlı sürücünün tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












