Qəza yolda tıxac yaradıb - Ziya Bünyadov prospektində

Bu gün səhər saatlarında Bakıda Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Olay nəticəsində prospektdə hər iki istiqamətdə avtomobillərin sıxlığı yaranıb. Bunu Avtosfer.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər. Bundan başqa, hazırda Yusif Səfərov küçəsi (hər iki istiqamətdə), Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsi, Tbilisi prospekti, Koroğlu Rəhimov küçəsi, Babək prospekti (mərkəzə doğru), habelə Heydər Əliyev prospekti (H.Əliyev Mərkəzinə doğru), Abdulvahab Dəmirçizadə küçəsi (Təhsil Nazirliyinin qarşısı), Ağa Nemətulla küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Niyazi küçəsi ("İçəri şəhər" metrosu istiqamətində), eləcə də 28 May küçəsi (Rəşid Behbudov küçəsinə doğru), Cəfər Xəndan küçəsi və Binəqədi şosesində (köhnə Karl Marks dairəsinə doğru) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












