Banner

Qəza zamanı komaya düşən tələbə ölüb - YENİLƏNİB

Qəzalar 11 Noyabr 2022 10:49 Oxunub 658
Qəza zamanı komaya düşən tələbə ölüb - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda yol qəzasında aldığı xəsarətlərdən komaya düşən tələbə xəstəxanada ölüb.

Avtosfer.az xəbər verir ki, 19 yaşlı piyada Sabunçu rayonu 3 nömrəli Şəhər Xəstəxanasında həkimlərin səyinə baxmayaraq, ölüb.

***

Saat 02:51

Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

Apa xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2003-ci il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib.

Həmin vaxt onu minik maşını vurub.

Yaralı açıq kəllə-beyin travması və bədənin çox saylı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun komatoz vəziyyətində reanimasiya şöbəsində olduğunu bildirir.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, piyada Bakı Mühəndislik Universitetinin 1-ci kurs tələbəsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh