Qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib - VİDEO

Türkiyənin İğdır vilayətindəki qəzada ölən 3 azərbaycanlının meyiti vətənə göndərilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bildirib. Onun sözlərinə görə, bu gün onların meyiti ailələrinə təhvil verilərək Azərbaycana yola salınıb: "Ümumilikdə qəza nəticəsində 8 nəfər ölüb, onlardan 5-i Türkiyə vətəndaşıdır. Ölənlərdən 3 nəfəri isə Səmayə Cəfərova, Süleyman Əliyev və Fərhad Fərhadlı Azərbaycan vətəndaşlarıdır". Baş konsul deyib ki, hazırda iki yaralının vəziyyəti ağırdır: "Artıq xəsarət alanların əksəriyyəti evlərinə buraxılıb. Hazırda xəstəxanada 16-17 yaralı müalicə edilir". Xatırladaq ki, fevralın 20-də Türkiyədə iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər ölüb, 26 nəfər isə yaralanıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












