Qəzada ölən ekipaj üzvlərinin nəşi Azərbaycana gətirilir

Əfqanıstanda qəzaya düşən “Silk Way” aviaşirkətinə məxsus An-12 yük təyyarəsində həlak olan 7 ekipaj üzvünün nəşi bu gün Azərbaycana gətirilir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbərinə görə, bu barədə həlak olan ekipaj üzvü şturman Nazim Əsədullayevin yaxınları məlumat verib. Meyitləri daşıyan təyyarə bu gün ölkəyə çatacaq. Artıq bununla bağlı ekipaj üzvlərinin ailələrinə də məlumat verilib. Komandir Rəşid Şaydanovun ailəsi isə onun nəşini götürmək üçün Özbəkistandan gələcək.
Xatırladaq ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov “SilkWay” şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığını açıqlamışdı. Ölənlərin yaxınları isə iddia edir ki, təyyarənin maneəyə dəyməsinə səbəb havaya qalxan zaman mühərriklərdən birinin sıradan çıxması olub.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












