Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi - FOTO

"Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib.
Avtosfer.az xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Nərmin Əliyeva bildirib ki, bu gün bacısı son mənzilə yola salınıb. O, paylaşımında Məryəmin ölümündən sonra da insanlara həyat bəxş etdiyini vurğulayıb.
“Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi”, – deyə bloqer qeyd edib.
O bildirib ki, həyata keçirilən orqan donorluğu sayəsində bir neçə insan yenidən yaşamaq şansı qazanıb:
“Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.

Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












