Qəzada ölən müəllim yeni maşınıyla dərsə gedirmiş - FOTO

Sabirabadda dəhşətli yol qəzasında ölənlərdən biri müəllim olub.
Avtosfer.az tns.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Salatın Rəhman qızı Abuzərova Şirvan şəhərindəki orta məktəblərdən birində müəllim işləyirmiş. Əslən Sabirabad rayonundan olan S. Abuzərova səhər saatlarında yeni aldığı “Daewoo” markalı avtomobillə dərsə gedərkən qəzaya düşüb. S. Abuzərova hadisə yerində dünyasını dəyişib.
Xatırladaq ki, bu gün səhər saatlarında 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində olub.
“Toyota” markalı avtomobillə “Daewoo” markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.
Yaralılar Çölbeşdəli kənd sakini 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.
Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı










