Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq?

Bir həftə öncə Astarada yük avtomobili tərəfindən vurularaq həyatını itirən Nazim Baxşiyevin özündən sonra 6 övladı qaldı. Fəhləlik edərək ailəsini dolandıran 44 yaşlı mərhumun ölümü günlərdir ki, sosial şəbəkələrdə müzakirə olunur. Hər kəsi təsirləndirən hadisədən sonra insanları 6 azyaşlı uşağın taleyi maraqlandırır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum Nazim Baxşiyev iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı 3 il öncə vəfat edib. Bu evlilikdən onun 5 övladı olub. İkinci evliliyindən isə 1 övladı dünyaya gəlib. Baş verən qəzadan sonra 5 uşaq hər iki valideynindən məhrum vəziyyətə düşüb. Ailəni dolandıranın Nazim olduğunu nəzərə alsaq, ondan geriyə qalan 6 atasız övlad üçün həyatın heç də asan davam etməyəcəyini deyə bilərik...
İndi həmin uşaqların aqibəti necə olacaq?
Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirdi ki, məsələ diqqətdə saxlanılır: “Həm rayon icra hakimiyyəti, həm də komitə tərəfindən uşaqlar nəzarətdədir. Hazırda həmin uşaqlar ata valideynləri olan nənə və babaları ilə birlikdə yaşayırlar. Onlar daha öncə analarını itirdikləri üçün müavinət alıblar. İndi də atalarının vəfatına görə müavinət alacaqlar. Uşaqlara psixoloji dəstək də göstəriləcək”.
Baş verən hadisədən sonra uşaqlara hər hansı sosial yardımın düşüb-düşməməsi sualı ilə Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Qurumun mətbuat katibi Rəşad Mehdili məsələ ilə bağlı bunları bildirdi: “Astara rayonu Diqo kənd sakini Baxşıyev Nazim Həziqulu oğlu vəfat edənə qədər birinci həyat yoldaşı Miracova Gülşən İmanqulu qızının vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə 480 manat sosial müavinət alıb.
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU - YENİLƏNİB
Bakıda “Toyota” divara çırpılıb aşdı - VİDEO
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
Bərdədə ağır qəzada həlak olan iki dostun FOTOsu
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu












