Qəzada ölən şəxsin kimliyi məlum oldu

Qaxda baş verən yol nəqliyyat qəzasında ölən şəxsin kimliyi məlum olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Qax rayonu Oncallı kənd sakini, 1967-ci il təvəllüdlü Xanlar Fikrət oğlu Məmmədovun idarə etdiyi “VAZ 21063” markalı 10 OR 592 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu Zəyəm kənd sakini İlkin Oruc oğlu Gülməmmədovun idarə etdiyi “Opel Vectra ” markalı 34 BC 987 dövlət nömrə nişanlı minik avtomobili Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 99-cu kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində qarşı-qarşıya toqquşub. Qəzadan sonra “VAZ 21063” markalı maşının sürücüsü Xanlar Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü İlkin Gülməmmədov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












