Qəzada ölən və yaralıların kimliyi məlum olub - YENİLƏNİB

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verən qəzada ölən və yaralıların kimlikləri məlum olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, ölən şəxs “Mercedes” markalı avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1982-ci il təvəllüdlü Murad Nəzərovdur. Goranboy rayon mərkəzi xəstəxanaya yerləşdirilən yaralılar isə Kəlbəcər rayon sakinləri 1986-cı il təvəllüdlü Rövşən Şahnəzərov, 1976-cı il təvəllüdlü Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərovdur. Yaralılardan A. Şahverdiyevin vəziyyəti normal, digər iki nəfərinki isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, noyabr ayının 21-də saat 01.30 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan “Kamaz” yolun hərəkət hissəsində dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Qəza zamanı minik avtomobili yanıb. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
***
03:24
Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.
“KamAZ” markalı yük maşın hərəkət zolağında dayanan “Mercedes”-ə çırpılıb. Toqquşmadan sonra "Mercedes" yanıb.
İlkin məlumata əsasən, qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb, maşında olan 3 sərnişin xəsarət alıb. Qəzanın təfərrüatları müəyyənləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ















