Qəzada xəsarət alan sürücü xəstəxanada ÖLDÜ

27 yanvar tarixində Yasin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Maştağa-Buzovna șossesinin Buzovna qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən Nurlan Ağayevin idarə etdiyi "Tofaş" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Tofaş" markalı avtomobilin sürücüsü N.Ağayev aldığı xəsarətlərdən müalicə olunduğu Respublika Neyrocərrahiyyə xəstəxanasında ölüb.
Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 28.01.2025-ci il tarixində saat 01:30 radələrində 1991-ci il təvəllüdlü şəxs (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub:
“Müştərək travma, qapalı kəllə-beyin travması, onurğa sütununun və onurğa beyninin travması, baş-beyinin əzilməsi, C4 fəqərəsinin fəsadlaşmış çıxığı, sınığı, onurğa beyninin C4 səviyyədə ağır dərəcəli əzilməsi, sol II qabırğanın L1, L2, L3, L4 fəqərəsinin sol köndələn çıxıntının yerdəyişən sınığı, ağciyər kontuziyası diaqnozları təyin edilən şəxsin tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilib.
Həkimlərin səylərinə, aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06.02.2025-ci il tarixində saat 06:40 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Onun ölümünün ilkin səbəbi kimi onurğa beyin və baş-beyin kötüyünün qalxan ödəmi və işemiya fonunda kəskin ürək-damar və ağciyər çatışmazlığı qeyd olunur”.(modern.az)
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












