Qəzada yaralanan 11 fəhlədən 4-ünün adı məlum oldu

Quba rayonunda “QAZel” markalı avtomaşının aşması nəticəsində ağır yaralanan dörd nəfərin adı məlum olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində aşan avtomaşında yaralanan 11 fəhlə Dəlləkli kəndindəki bağlardan birindən gilas yığmağa gedirlərmiş. Yaralılar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 7-si ilkin müayinədən sonra evə buraxılıb. Rayonun Bağbanlı kənd sakinləri Piriyeva Rahilə Yusif qızı, Qocayeva Faizə Nizam qızı, Zərdabi qəsəbəsinin sakini Paşayeva Seylan Telman qızı və Qusar rayonunun Cağar-palasa kənd sakini Balahmədova Larisa Soltanqulu qızının xəsarətləri isə ciddi olduğundan stasionar müalicəyə cəlb olunublar. Onlardan ikisinin vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












