Qəzadan sonra yaralıların müalicəsinə 70 min xərclədi

Ötən ilin iyulunda Beyləqanda yüksək sürətlə ağır qəza törətmiş 1978-ci il təvəllüdlü Ramiz Xankişiyevin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan edilib.
Bildirilib ki, hadisə gecə saat 23 radələrində rayonun Heydər Əliyev prospektində - işıqforun yaxınlığında qeydə alınıb.
R.Xankişiyev həmin vaxt sürət həddinin saatda 50 kilometr təyin edildiyi yerdə “Mercedes” markalı avtomobilini 110-la idarə edib. Nəticədə avtomobil işıqforun yaxınlığında “Hyundai” markalı maşına çırpılıb.
Hadisə zamanı “Hyundai”də olan 1958-ci il təvəllüdlü Nizami Hüseynov və onun qardaşı arvadı 1965-ci il təvəllüdlü Sabirə Məmmədova həlak olub. R.Xankişiyev, eləcə də “Hyundai”də olan 1987-ci il təvəllüdlü Nərgiz Hüseynova, onun iki övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Sürücü qəzada yaralanan N.Hüseynova və övladlarının müalicəsi üçün 70 min manat ödəniş edib. Bundan sonra zərərçəkmiş tərəf rəsmi qaydada müraciət edərək sürücüdən şikayətçi olmadıqlarını, bu kimi hadisənin hər kəsin başına gələ biləcəyini bildiriblər.
Məhkəmə sürücünü Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilib. Ona 4 il 5 ay azadlıqdan məhrumetmə və 3 il sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. R.Xankişiyevin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.
Xatırladaq ki, bu tip müəssisələrdə cəza çəkən məhkumlara müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











