Qəzadan yayınan sürücü yük maşınını “KamAZ”ın qoşqusuna çırpdı - VİDEO
Qəzalar
18 Avqust 2023 21:06
Oxunub 3726

Qəbələ rayonunun Nic qəsəbəsində nəqliyyat vasitələrinin iştirakıyla yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 15-də səhər saatlarında qeydə alınıb. Belə ki, “Ford Transit” markalı yük maşını, “KamAZ” markalı yük avtomobili ilə toqquşub. “Ford” sürücüsünün sözlərinə əsasən, qəza hərəkətdə olarkən avtomobilin qəflətən qarşısında saxlaması nəticəsində cərəyan edib. Bu zaman öndə dayanan avtomobillə toquşmamaq üçün manevr edən sürücü “Ford Transit”i yük maşınının qoşqusuna çırpıb. Nəticədə “Qazel” tamamilə sıradan çıxıb, sürücü isə yüngül xəsarətlər alıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













