Qəzalarda 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Dünən Azərbaycan yollarında baş verən qəzalarda 3 nəfər ölüb. Avtosfer.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 12-də saat 16 radələrində Sumqayıt şəhərində Yardımlı rayon sakini Orxan Qəhrəmanlı idarə etdiyi “Hyundai” markalı avtomobili maneəyə vurub. Nəticədə sürücü və sərnişini Hüseyn Əsgərov xəstəxanaya yerləşdirilib, H.Əsgərov orada ölüb.
Avqustun 12-də saat 05 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində Tovuz rayon sakini Sabir Paşayev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış Hacıqabul rayon sakini Zaur Xankişiyevə məxsus “MAZ” markalı avtomobilə vurub. Nəticədə S.Paşayev hadisə yerində ölüb.
Dünən saat 12 radələrində Ucar rayonunun Qarabörk kəndində Bakı şəhər sakini Tağı Haqverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Esvira Məmmədovanı vurub. Piyada hadisə yerində ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO












