Banner

Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev

Qəzalar 13 Noyabr 2026 10:30
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
WhatsApp kanalımıza abunə olun

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev təhlükəsizlik kəmərindən istifadənin vacibliyi ilə bağlı paylaşım edib.

Avtosfer.az xəbər verir ki, o, sosial şəbəkə hesabında 2026-cı ilin ilk 10 ayı ərzində yol-nəqliyyat hadisələrində həlak olan sürücü və sərnişinlərin 32,1 faizinin, yaralananların isə 30,9 faizinin təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirib.

Paylaşımda qeyd olunub ki, ötən gün Şəmkirdə iki gəncin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən qəza təhlükəsizlik kəmərindən istifadənin nə qədər vacib olduğunu bir daha göstərir.

Bildirilib ki, təhlükəsizlik kəmərindən istifadə qəzanın nəticələrini yüngülləşdirə və insanların həyatını xilas edə bilər.

O, həmçinin vurğulayıb ki, təhlükəsizlik kəmərindən istifadə həm sürücünün, həm də sərnişinin məsuliyyətidir.

Paylaşımın sonunda “Arzular yarımçıq qalmasın… Təhlükəsizlik kəmərini bağla” çağırışı yer alıb.

Eltac Zülfüqaroğlu

Oxunub : 196
ŞƏRH YAZ
Ad

E-mail

Şərh