Qəzaya düşən ailənin xərcini bu qurum çəkəcək

Yanvarın 17-də Sumqayıtda yol qəzasında xəsarət alanların vəziyyəti ağır olaraq qalır. Avtosfer.az xəbər verir ki, bu barədə axar.az-a qəzaya uğrayan sürücülərdən biri - Siyasət Bağırovun yaxını məlumat verib. Onun sözlərinə görə, qəzaya düşən S.Bağırovun nişanlısı Aynurə Rzayevanın vəziyyəti isə kafidir. Xəsarət alan dörd şəxs həkim nəzarətindədir. S.Bağırov Sumqayıt Şəhər Travmatoloji Xəstəxanasından Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalına köçürülüb.
Qəzaya düşən Vüqar Orucov və həyat yoldaşı Tutu Orucova da Sumqayıt Şəhər Travmatoloji Xəstəxanasından Mərkəzi Gömrük Hospitalına köçürülüb. V.Orucov özünə gəlsə də, ayağında problem yaranıb və əməliyyat olunacaq.
Həkimlərin dediyinə görə, T.Orucova isə koma vəziyyətindədir. Orucovların müalicə xərclərini Avropa Azərbaycan Məktəbinin rəhbərliyi öhdəsinə götürüb. Onların bir neçə gün əvvəl övladı dünyaya gəlib. S.Bağırovun isə yaxın zamanlarda toy mərasiminin keçirilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, hadisə yanvarın 17-də Sumqayıtın Heydər Əliyev prospektində baş verib. VAZ 21015 və “Çeri” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Jiquli”də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən vəfat edib. Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər - 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ad günü şənliyindən evə qayıdan “Jiqulu”dəki şəxslər bir ailənin üzvü olublar.
Hazırda Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










