Qəzaya düşən avtomobil dibçəklərə girib iki təkər üzərində qaldı - VİDEO
Qəzalar
8 Sentyabr 2023 19:34
Oxunub 4278

İdarəetməni itirən sürücü qeyri-adi qəza törədib.
Avtosfer.az-ın məlumatına əsasən, qəza dünən günorta saatlarında qeydə alınıb. Belə ki, 77-HF-725 dövlət nömrə nişanlı, “Changan” markalı avtomobil yoldan çıxaraq müxtəlif növ bitkilərin satıldığı əraziyə girib. Nəticədə iki təkər üzərində sola əyilən avtomobil ciddi şəkildə zədələnib. Xoşbəxtlikdən sürücü xəsarətsiz qəzadan qurtulmağı bacarıb.
Qeyd edək ki, ətrafda olan şəxslərin yardımıyla sürücü avtomobildən çıxarılıb və nəqliyyat vasitəsi əvvəlki vəziyyətinə qaytarılıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













