Qəzaya düşən futbolçu ÇL-də oynaya bilməyəcək

Ötən həftə avtomobil qəzası keçirən "Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifeys Çempionlar Liqasında "Brest"lə matçda iştirak etməyəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Almaniya çempionunun baş məşqçisi Xabi Alonso məlumat verib.
Bonifeysin olduğu avtomobil bazar günü səhər qəzaya düşüb. Xoşbəxtlikdən hadisə zamanı 23 yaşlı nigeriyalı futbolçu ciddi xəsarət almayıb.
“Onunla danışdıq, hər şey qaydasındadır, amma təsir edən bir hadisə oldu. Dünən və ya bu gün məşq etməyib. O, özünü daha yaxşı hiss edir, lakin oynamağa hazır deyildi. Ona görə də biz bu bir neçə gündən onun özünü yaxşı hiss etməsinə və emosional şokdan çıxmasına kömək etməyə çalışdıq.
Fiziki cəhətdən o, özünü çox yaxşı hiss edir, amma baş verənlərdən sonra onu heyətə daxil etməmək yəqin ki, daha yaxşı olar”, - deyə Alonso bildirib.
Qeyd edək ki, bu mövsüm Bonifeys Leverkuzen təmsilçisinin heyətində 10 matçda 7 qol vurub.
"Brest" - "Bayer" matçı bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
(publika.az)
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












