Banner

Qəzaya düşən polislər “Semaşko”ya YERLƏŞDİRİLİB

Qəzalar 26 May 2022 10:49 Oxunub 1046
Qəzaya düşən polislər “Semaşko”ya YERLƏŞDİRİLİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində xəsarət almış 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Mərkəzdən Avtosfer.az-a verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh