Qəzaya uğramış helikopterin sərnişinlərinin adları məlum olub

Rusiyada ötən gün qəzaya uğramış helikopterin sərnişinlərinin adları məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Pilotlar və Sahibkar Vətəndaşların Hava Gəmiləri üzrə İctimai Təşkilat Altay Respublikasının Teleçk gölündə qəzaya uğramış vertolyotun sərnişinlərinin adlarını dərc edib. Məlumatda bildirilir ki, vertolyotun göyərtəsində pilot Dmitri Rakitski və onun həyat yoldaşı Yelena, regional administrasiya rəhbərinin keçmiş müavini Anatoli Bannıx, Moskvanın "Heli Club" Vertolyot Klubu baş direktoru Mariya Kozinçeva, həmçinin paraşüt idman növləri üzrə müxtəlif yarışların iştirakçısı Qleb Voevodin olub.
Qeyd edək ki, qəzaya uğramış vertolyotun və sərnişinlərin axtarışına bu gün səhər başlanılacaq. Bu məqsədlə 60-dək xilasedici səfərbər edilib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












