Qəzaya uğrayan təyyarədə həlak olanlardan daha üçünün cəsədi tanınıb

Azərbaycanın "SilkWay" aviaşirkətinə məxsus "AN 12" yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən daha 3 nəfərin cəsədi tanınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, bununla da qəzada ölən 7 heyət üzvünün hamısının cəsədi tanınıb.
Hazırda Özbəkistan vətəndaşı Şaydanov Rəşid Rəhmanoviç, Azərbaycan vətəndaşları Abdullayev Altay Oqtay oğlu və Əsədullayev Nazim Orucəli oğlunun cəsədlərinin ailələrinə təhvil verilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, qəza nəticəsində ölən 7 heyət üzvünün cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib. Meyitlər tanınmaz halda olduğu üçün genetik ekspertiza təyin olunub. İndiyə kimi heyətin 3 azərbaycanlı və 1 ukraynalı üzvünün cəsədləri tanınaraq nəşləri ailələrinə təhvil verilib.
Onu da qeyd edək ki, mayın 18-də "SilkWay" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Ekipaj üzvləri bunlardır:
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), təyyarənin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndisi, 1964-cü il təvəllüdlü
5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü
Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıblar.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.
Azərbaycanda AĞIR QƏZA: 2 qadın, 1 kişi ÖLDÜ - YENİLƏNİB
Səhərki qəzada həyatını itirən Şadmanın FOTOsu
Nərimanovda iki maşın toqquşdu, piyada son anda faciədən qurtuldu - VİDEO
Bakıda AĞIR QƏZA: 3 avtomobil toqquşdu; hərbçi ÖLDÜ - VİDEO
Suqovuşanda AĞIR QƏZA: 6 yaralı, üçünün vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ələt-Bakı yolunda QƏZA: "Mercedes" aşdı - VİDEO
Parklanma yerindən çıxan yük maşınının sürücüsü “BYD”ni vurdu - VİDEO
Bakıda AĞIR QƏZA: Avtomobil ikiyə bölündü - VİDEO - YENİLƏNİB
Sumqayıtda 3 avtomobil toqquşdu, xəsarət alanlar var - VİDEO
Naxçıvanda qəza: Ölən var
Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO










