Banner

Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB

Qəzalar 18 Noyabr 2026 12:44
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Əldə etdiyimiz məlumata görə, sürücü Əli Sahibli “Toyota Hilux” markalı, 90-PE-112 nömrə nişanlı avtomobilin idarəetməsini itirərək 10-LP-999  nömrə nişanlı “Range Rover”ə çırpılıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

11:25

***

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Murad Mirzəyev küçəsində qeydə alınıb.

Belə ki, “Toyota Hilux” markalı avtomobilin sürücüsü sükan arxasında olarkən qıc olma keçirib. Nəticədə, idarəetməni itirərək yolun kənarında park edilmiş “Range Rover” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin digər təfərrüatları məlum deyil.

 

FOTO QALEREYA
Oxunub : 392
ŞƏRH YAZ
Ad

E-mail

Şərh